#fırtına su sistemləri mmc
Fırtına Su Sistemləri MMC
“Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Sabirabad Sənaye Məhəlləsinin gənc rezidentlərindən biridir. Şirkətə bu status 2024-cü ildə verilmişdir. Müəssisənin əsas fəaliyyəti mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal etməkdir.
Müəssisə fəaliyyətində Çin texnologiyalarından istifadə edir. Layihə çərçivəsində ildə 210 min ədəd filtr və 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. “Fırtına Su Sistemləri” MMC tərəfindən istehsal olunan yüksək keyfiyyətli cihazlar və ehtiyat hissələri daxili bazarın tələbatını qarşılamaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyə kimi ölkələrə də ixrac edilir. Müəssisədə 50-dən çox daimi iş yeri yaradılıb, gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. Şirkətin fəaliyyəti Azərbaycanda təmiz su təminatı sahəsində yerli istehsalın inkişafına və region iqtisadiyyatının canlanmasına töhfə verir.