#gəncə qapıları
Gəncə qapıları
Gəncə qapıları Şəddadilər dövlətinin paytaxtı olan qədim Gəncənin müdafiə sisteminin ən mühüm hissəsi olmuşdur. Bu qapılar Şəddadi hökmdarı Əbüləsvar Şavurun sifarişi ilə 1063-cü ildə usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. Həmin dövrdə qarətçi yürüşlərin intensivləşməsi səbəbindən şəhərin qorunması üçün ətrafı dərin xəndəklərlə əhatə olunaraq qapılar quraşdırılmışdır.
1139-cu ildə baş vermiş dəhşətli Gəncə zəlzələsindən sonra şəhərə hücum edən gürcülər bu tarixi abidəni qənimət kimi Gürcüstana aparmışlar. Hazırda qapıların bir tayı Gürcüstanın Gelati monastırında saxlanılır. 2000-ci illərin əvvəllərində akademik Rafael Əhmədov şəhər xarabalıqlarında apardığı arxeoloji qazıntılar zamanı qapıların qalıqlarını aşkar etmişdir. 2008-ci ildə isə Heydər Əliyev Fondu tərəfindən ilkin görünüşdə bərpa edilərək şəhərin girişində quraşdırılmışdır.