#gəncə şəhərinin gerbi
Gəncə şəhərinin gerbi
Gəncə şəhərinin müasir gerbi 2004-cü ildə bərpa edilmişdir və əsasını Cavad xanın Gəncə xanlığı dövründə istifadə etdiyi bayraq simvolları təşkil edir. Bu simvollar Cavad xanın mənsub olduğu Ziyadoğlular nəslinin qədimdən daşıdığı simvollar idi. Ziyadoğlular, Azərbaycanın nüfuzlu Qızılbaş tayfalarından biri olan Qacarların bir qoludur. IX-X əsrlərdən başlayaraq siyasi həyatda fəal rol oynamış Ziyadoğlular 400 ilə yaxın Gəncə bəylərbəyliyini idarə etmiş, mərkəzi hakimiyyətin parçalanmasından sonra isə müstəqil Gəncə xanlığını qurmuşlar. Sülalənin hakimiyyəti, 1804-cü ildə Cavad xanın döyüşdə öldürülməsi ilə başa çatmışdır.
Gerbin Simvolikası:
Günəş: Əbədi həyatı simvolizə edir.
Ay: Əbədi işıq, paklıq, təmizlik və azadlıq rəmzidir (ağ rəng).
Səkkizguşəli ulduz: İslamda Cənnətin səkkiz qapısına işarədir, Gəncənin Cənnət-məkan olmasına eyham vurur.
Palıd yarpağı: Möhtəşəmlik, uzunömürlülük və müdrikliyi ifadə edir.
Tərəzi: Bərabərlik, ədalətlilik və düzlüyün rəmzidir.
Yaşıl rəng: İslam dininin rəmzidir.