#gilabi yaradıcılıq mərkəzi
Gilabi Yaradıcılıq Mərkəzi
"Gilabi Ceramics" Yaradıcılıq Mərkəzi Azərbaycanda qədim dulusçuluq sənətini müasir texnologiyalarla birləşdirərək inkişaf etdirən aparıcı brendlərdən biridir. Mərkəzin əsası 2020-ci ildə Balaxanı qəsəbəsində qoyulmuşdur və adını unikal gil növündən almışdır. Onun əsas fəaliyyəti qırmızı gilli saxsı məmulatlarının istehsalı, həmçinin rəngkarlıq, qrafika və heykəltəraşlıq kimi dekorativ tətbiqi sənətkarlıq sahələrini özündə birləşdirməkdir.
"Gilabi Ceramics" Bakının bir neçə məkanında filiallara malik olmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda da mühüm mədəni missiyanı həyata keçirir. Xüsusilə Laçın şəhərində açılan filial, bölgədə keramika istehsalı üzrə ixtisaslaşmış məkan olmaqla yanaşı, həm də yerli əhalinin, xüsusən gənclərin sənət təlimi və məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Mərkəz istehsal etdiyi məhsullarda Qarabağa aid tarixi və mədəni elementləri təsvir edir.