Kateqoriyalar
Sırala

#gülanə cabbarova

Gülanə Cabbarova

Azərbaycanın müstəqillik tarixinə qanla yazılmış 20 Yanvar faciəsi minlərlə ailənin taleyində silinməz izlər qoyub. Bu talelərdən biri də Kəlbəcər rayonunda doğulub, Bakıda şəhidlik zirvəsinə ucalan 18 yaşlı Firuz Cabbarovun hekayəsidir. Bacısı Gülanə Cabbarova qardaşının vətən sevgisi və həmin müdhiş gecədə göstərdiyi fədakarlıq haqqında xatirələrini bölüşür. Milli Azadlıq Mübarizəsinə Qoşulan Gənc Firuz Cabbarov Bakıya təhsil almaq məqsədilə gəlsə də, həmin dövrdə xalqın məruz qaldığı haqsızlıqlara qarşı biganə qala bilməyərək azadlıq hərəkatına qoşulub. 20 Yanvar gecəsi dinc əhaliyə qarşı törədilən qətliam zamanı ağır yaralanan Firuz, faciədən üç gün sonra ağır vəziyyətdə doğulduğu Kəlbəcər rayonuna gətirilib. Aldığı ağır xəsarətlərlə mübarizə aparan gənc Firuz, bir müddət sonra vəfat edərək şəhidlik zirvəsinə ucalıb. Gülanə Cabbarova qeyd edir ki, 18 yaşında ömrünü vətən yolunda fəda edən qardaşının xatirəsi ailəsi və bütün Azərbaycan xalqı üçün qürur mənbəyidir. Firuz Cabbarov kimi gənclərin qanı bahasına qazanılan müstəqillik, bu gün gələcək nəsillərə əmanət qalıb.
arrow-up