Kateqoriyalar
Sırala

#günay əfəndiyeva

Günay Əfəndiyeva

Türk xalqlarının ortaq mədəniyyətinin, tarixinin və mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti mühüm strateji əhəmiyyət kəsb edir. Fondun ilk prezidenti kimi bu qurumun formalaşmasında və qlobal nüfuz qazanmasında Günay Əfəndiyevanın rolu müstəsna olmuşdur. O, Türk dünyasının birliyinə və mədəni inteqrasiyasına xidmət edən fəaliyyəti ilə müasir mədəni diplomatiyanın aparıcı simalarından birinə çevrilmişdir. Günay Əfəndiyevanın rəhbərliyi dövründə Fond, Türk dövlətləri arasındakı qardaşlıq əlaqələrini ortaq layihələr, sərgilər, konfranslar və nəşrlər vasitəsilə daha da möhkəmləndirmişdir. Onun rəhbərliyi altında Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileyləri, milli musiqi və folklor nümunələrinin Avropanın və dünyanın mötəbər salonlarında təqdimatı həyata keçirilmişdir. Günay Əfəndiyeva fəaliyyətində xüsusilə işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki mədəni abidələrin bərpası və onların dünya ictimaiyyətinə çatdırılması məsələsini hər zaman diqqət mərkəzində saxlamışdır. Diplomatik etikası və yüksək intellektual hazırlığı ilə seçilən Günay Əfəndiyeva, həmçinin UNESCO, ISESCO və digər beynəlxalq təşkilatlarla tərəfdaşlıq əlaqələrinin qurulmasında fəallıq nümayiş etdirmişdir. O, Azərbaycanın Xalq yazıçısı Elçinin ailəsində böyümüş, zəngin ədəbi-mədəni mühitdə formalaşmış bir ziyalı kimi, Türk xalqlarının mirasını gələcək nəsillərə ötürmək missiyasını uğurla yerinə yetirmişdir. Onun xidmətləri Türk dövlətləri tərəfindən müxtəlif dövlət mükafatları və fəxri adlarla yüksək qiymətləndirilmişdir.
arrow-up