#harmoniya sənədli filmi
Harmoniya sənədli filmi
Nizami Kino Mərkəzində Azərbaycandakı nümunəvi tolerantlıq və birgəyaşayış ənənələrindən bəhs edən "Harmoniya" sənədli filminin təqdimatı keçirilib. Bakı Media Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə layihəsi olan bu ekran əsəri ölkəmizdəki dinlərarası dialoqu və multikultural mühiti tərənnüm edir.
Filmin süjet xətti fərqli dinlərə mənsub üç rəfiqənin səmimi dostluğu üzərində qurulub. Onların gündəlik həyatı, ailə münasibətləri və dini ibadətləri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı etimad və sülh mühiti tamaşaçılara çatdırılır. Baş prodüseri Arzu Əliyeva olan sənədli film, ölkəmizin müxtəlif bölgələrində və "Fərqliliyin rəngi" festivalında aparılan çəkilişlərlə zənginləşdirilmişdir. Ekran əsəri milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.