#hökümə əliyeva
Hökümə Əliyeva
Hökumə Cəlil qızı Əliyeva 2016-cı ildən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) sıralarında fəaliyyət göstərən təcrübəli bort bələdçilərindən biri olmuşdur. O, aviasiya sahəsində çalışdığı illər ərzində sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün yüksək peşəkarlıq nümayiş etdirmişdir.
25 dekabr 2024-cü il hadisələri zamanı Hökumə Əliyevanın göstərdiyi cəsarət və fədakarlıq xüsusi qeyd olunur. Təhlükə anında sərnişinlərin təxliyəsi və onların təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı addımlar bir çox insanın həyatının xilas edilməsində mühüm rol oynamışdır. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən Hökumə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.