Kateqoriyalar
Sırala

#hökumə əliyevanın büstü

Hökumə Əliyevanın büstü

Hökumə Cəlil qızı Əliyeva 25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş AZAL-a məxsus "Embraer 190" təyyarə qəzasında həlak olan bort bələdçisi idi. O, 2016-cı ildən "Azərbaycan Hava Yolları"nda (AZAL) çalışırdı. Faciə anında Hökumə Əliyeva böyük cəsarət və fədakarlıq nümayiş etdirmiş, ölümcül təhlükə qarşısında qalmış qorxmuş sərnişinləri sakitləşdirməyə və onları təxliyə etməyə çalışmışdır. O, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirərək, çox sayda insanın həyatının xilasına töhfə vermişdir. Bu qəhrəmanlığa görə, pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovla birlikdə, Hökumə Əliyeva ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş və II Fəxri xiyabanda dəfn edilmişdir.
arrow-up