Kateqoriyalar
Sırala

#humix mmc

Humix MMC

"Humix" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycanın regionlarının inkişafına dəstək məqsədilə yaradılmış Sabirabad Sənaye Məhəlləsinin rezidentidir. Şirkətə 2021-ci ildə bu status verilmişdir. "Humix" MMC-nin əsas fəaliyyət sahəsi aqrokimyəvi vasitələrin istehsalıdır. Müəssisədə Türkiyə, Çin və yerli texnologiyalar tətbiq olunmaqla orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal edilir. "Humix" MMC-nin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Bu məhsullar yerli kənd təsərrüfatının tələbatını ödəməklə yanaşı, həm də ixraca yönəldiləcək. Layihə Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit dəstəyi alıb. Müəssisənin fəaliyyəti regionda yeni daimi iş yerlərinin açılmasına (16 nəfər) və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.
arrow-up