Kateqoriyalar
Sırala

#ilqar isbatov

İlqar İsbatov

İlqar Aydın oğlu İsbatov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavinidir. 1964-cü ildə Bakıda anadan olmuşdur. O, memarlıq təhsili almış, Memarlıq üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə 1987-ci ildə Bakı Dövlət Layihə İnstitutunda başlamışdır. 2008-2019-cu illərdə Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 2019-cu ilin iyun ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Komitə sədrinin müavini təyin edilmişdir. İ. İsbatov karyerası ərzində 100-dən çox memarlıq layihəsinin müəllifi və iştirakçısı olmuşdur. Onun fəaliyyəti Bakının Baş Planının və Böyük Bakının Regional İnkişaf Planının hazırlanması ilə sıx bağlıdır. "Əməkdar Memar" fəxri adı, "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilmişdir.
arrow-up