#informasiya təhlükəsizliyi testləri
İnformasiya Təhlükəsizliyi Testləri
Bakı Ali Neft Məktəbində (BANM) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və institusional dəstəyi ilə “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının rəsmi açılış mərasimi keçirilib. SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, XRİTDX rəisi İlqar Musayev və digər rəsmi şəxslərin iştirak etdiyi tədbir Azərbaycanın kibertəhlükəsizlik ekosistemi üçün mühüm hadisədir.
Bu laboratoriya ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya"nın icrası çərçivəsində qurulub. Mərkəzin əsas məqsədi tələbələrin praktiki vərdişlərini artırmaq, dövlət strukturları üçün yüksəkixtisaslı kadrlar hazırlamaq və sistemlərin təhlükəsizlik testlərini real mühitdə həyata keçirməkdir. İqtisadiyyat Nazirliyi ilə birgə əlavə avadanlıqlarla təchiz edilən laboratoriya, nəzəri biliklərin təcrübə ilə birləşdiyi strateji platformadır.