#iqor kşnyakinin büstü
İqor Kşnyakinin büstü
İqor İvanoviç Kşnyakin 19 may 1962-ci ildə Bakıda anadan olmuş, peşəkar təyyarə kapitanı idi. O, 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" təyyarəsinin komandiri idi. Təqaüdə çıxmasına az qalmış pilot, 15 min saatdan çox uçuş təcrübəsinə malik idi. Faciə zamanı İqor Kşnyakin və ekipaj üzvləri sərnişinlərin həyatını xilas etmək üçün sonadək mübarizə apararaq böyük fədakarlıq göstəriblər. Qəza nəticəsində 29 nəfər sağ qalmışdır ki, bu da pilotun peşəkarlığı və qəhrəmanlığı ilə əlaqələndirilir. 29 dekabr 2024-cü il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə İqor Kşnyakin ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, digər ekipaj üzvləri ilə birlikdə II Fəxri xiyabanda dəfn edilib. Onun xatirəsi əbədiləşdirilmişdir.