#jan mişel brun
Jan Mişel Brun
Jan-Mişel Brun, fransalı jurnalist və "Musulmans en France" portalının təsisçisi Bakıda keçirilən "Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfransda iştirak edərək, Konqo Demokratik Respublikasının (KDR) Afrikanın gələcəyindəki mərkəzi rolunu vurğulayıb.
Brun KDR-i Afrikanın əsl incisi adlandırıb və onun əlverişli coğrafi mövqeyi, habelə zəngin təbii sərvətlərinin ölkənin bir vaxtlar müstəmləkə idarəçiliyi altına düşməsinin əsas səbəbi olduğunu qeyd edib. Jurnalist Konqonun yenidən dirçəlişinin bütün Afrika qitəsi üçün yeni bir dövrün başlanğıcı olacağına inamını ifadə edib. O, müstəmləkəçiliyin həyatlarına son qoyduğu Konqoluların əvəzinə, yeni nəslin bu torpaqlarda işığı yenidən alovlandırmağa hazırlaşdığını bildirib. Brun: "Konqonun oyanışı bütün qitənin oyanışı olacaq" deyərək, bu mübarizəyə beynəlxalq dəstəyin əhəmiyyətini vurğulayıb.