Kateqoriyalar
Sırala

#jo paulo pihoto

Jo Paulo Pihoto

Jo Paulo Pihoto Portuqaliyadan olan və beynəlxalq səyahət dairələrində böyük nüfuza malik şəxsdir. O, Birləşmiş Millətlər Təşkilatının bütün üzv ölkələrini ziyarət edən ilk portuqaliyalılardan biri olub. Eyni zamanda, Ekstremal Səyyahlar Beynəlxalq Konqresinin (ETIC) fəal üzvü və mükafat komitəsinin rəhbəridir. Pihoto, ETIC-in təşkil etdiyi səfərlər çərçivəsində dəfələrlə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində olmuşdur. Xüsusilə, o, Ağdam şəhərinə 2021-ci ildən sonra etdiyi təkrar səfərlər zamanı bərpa işlərinin sürətinə və miqyasına heyranlığını ifadə etmişdir. Portuqaliyalı səyyah əvvəlki səfərində gördüyü planların gerçəkləşməsinin və insanların sülh şəraitində yaşamağa başlamasının sevindirici olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, Qarabağdakı bərpa işlərinin sürəti bölgənin böyük potensialını və yaxın gələcəkdə çiçəklənmə perspektivlərini əks etdirir.
arrow-up