#keçə sənəti
Keçə sənəti
Keçə sənəti, heyvan yununun toxunmadan, sadəcə temperatur, təzyiq və sürtünmə gücü ilə bir-birinə sıxılaraq keçələşdirilməsi prinsipinə əsaslanan qədim toxuculuq növüdür. Bəşəriyyətin heyvandarlıqla məşğul olmağa başladığı Neolit dövründən etibarən formalaşan bu sənət Türk xalqlarının quruluşunda mühüm rol oynamışdır.
Keçənin ərsəyə gəlməsi yunun mikroskopik strukturunun dəyişməsinə əsaslanır.
İsti su və sabun təsiri: Yun lifləri isti su və sabunlu su ilə təmasda olduqda pulcuqlar açılır və liflər elastikləşir.Mexaniki təzyiq: Yun qatları davamlı olaraq sıxıldıqda, basıldıqda və bükülüb tapdalandıqda bu pulcuqlar bir-birinə kilidlənir. Soyuma və sıxılma: Prosesin sonunda soyuq su ilə yaxalanan yun lifləri büzülür və pulcuqlar tamamilə qapanaraq materialı sökülməz, qatına çevirir.
Azərbaycan keçəçiləri əsərlərin üzərində təsadüfi naxışlardan istifadə etmirdilər. Keçə üzərindəki dizayn qədim inanc sistemlərini əks etdirir:Qoçbuynuzu motivi: Güc, və bərəkət enerjinin rəmzidir. Keçə xalçaların mərkəzində və künclərində daha çox tətbiq olunur.Buta motivi: Atəşpərəstlik dövründən qalan alov və mənəvi təmizlik rəmzidir.Həndəsi naxışlar: Kainatın sonsuz dövranını, dörd ünsürü və günəşi simvollaşdırır.
Professional bir usta emalatxanasında keçənin hazırlanması növbəti istehsal zənciri ilə həyata keçirilir: Xammalın hazırlanması. Payız və ya yaz qırxımından əldə olunan qoyun yunu yuyulur, çöplərdən təmizlənir və xüsusi yun daraqlarında daranaraq tiftik halına gətirilir.Eskizin qurulması və yunun sərilməsi. Yerə xüsusi qamış həsir sərilir. Sənətkar əvvəlcə rəngli yunlarla həsirin üzərinə tərs vəziyyətdə naxışları düzür. Sonra naxışların üzərinə edən yun qatları bərabər qalınlıqda düzür.İsti su ilə islatma və tapdalama. Sərilmiş yunun üzərinə isti sabunlu su çilənir. Həsir yunla birlikdə rulon halında bükülür və iplə bağlanır. Ustalar bu rulonu ayaqları və ilə saatlarla yerdə tapdalayırlar. Müəyyən sıxlığa çatdıqdan sonra keçə yuyulur və günəş altında qurudulur.