Kateqoriyalar
Sırala

#khatkar jaswinder singh

Khatkar Jaswinder Singh

Jaswinder Singh Khatkar, tanınmış media eksperti və qlobal siqh icmasının ən önəmli resurslarından biri olan "The Sikh Network" portalının rəhbəridir. O, uzun illərdir ki, informasiya siyasəti vasitəsilə azlıqların hüquqlarının qorunması, Hindistanda siqhlərə qarşı tətbiq edilən repressiv tədbirlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərir. Khatkar, həmçinin müxtəlif beynəlxalq platformalarda və konfranslarda çıxış edərək, demokratik azadlıqların təmin edilməsi və irqi disskriminasiyaya qarşı mübarizənin vacibliyini vurğulayır. Onun rəhbərlik etdiyi media qurumu siqh diasporunun birliyi və maarifləndirilməsi işində əsas rol oynayır. Jaswinder Singh Khatkarın fəaliyyəti təkcə jurnalistika ilə məhdudlaşmır, o, həm də ədalətin bərpası naminə aktiv ictimai mövqe nümayiş etdirən nüfuzlu bir liderdir.
arrow-up