Kateqoriyalar
Sırala

#kitulu aduyenzi

Kitulu Aduyenzi

Kitulu Aduyenzi, Konqo Demokratik Respublikasının (KDR) Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin müşaviri Bakıda keçirilən "Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfransın əsas simalarından olub. Diplomat çıxışında Belçikanı keçmiş koloniyaları ilə davamlı bir razılaşmaya gəlməyə və konkret təzminatlar ödəməyə çağırıb. Aduyenzi bildirib ki, Belçika KDR-yə icazəsiz daxil olaraq insanları öldürüb və ölkənin sərvətlərini talan edib. O, müstəmləkə tarixinin həm Belçikada, həm də Konqoda düzgün şəkildə tədris edilməsinin vacibliyini vurğulayıb. Müşavir eyni zamanda, Belçika xalqının Konqo xalqı haqqında olan yanlış təsəvvürlərinin dəyişdirilməsinin zəruri olduğunu bildirib. O, həmçinin KDR-in unikal xüsusiyyətlərinin beynəlxalq səviyyədə daha yaxşı təbliğ edilməsinə çağıran diplomatik mövqe nümayiş etdirib.
arrow-up