#konstitusiya
konstitusiya
Konstitusiya hər bir dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunudur. O, dövlətin siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını müəyyənləşdirir, dövlət orqanlarının təşkili və fəaliyyət qaydalarını tənzimləyir. Konstitusiya eyni zamanda vətəndaşların əsas hüquq və azadlıqlarını təsbit edir və dövlətlə vətəndaş arasında münasibətləri formalaşdırır.
Hər hansı bir ölkədə qəbul edilən bütün digər qanunlar və normativ hüquqi aktlar Konstitusiyaya uyğun olmalıdır. Konstitusiya onun digər qanunlardan fərqləndirən xüsusi qəbul, dəyişiklik və ləğv edilmə prosedurlarına malikdir. Müasir dövlətlərdə Konstitusiya, adətən, xalq səsverməsi (referendum) yolu ilə qəbul edilir və onun müddəaları bütün dövlət ərazisində hökmranlıq edir. Bu, hüquqi dövlətin təməlidir.