Kateqoriyalar
Sırala

#mark kukurelya

Mark Kukurelya

Mark Kukurelya Saseta 22 iyul 1998-ci ildə İspaniyanın Barselona şəhərində anadan olub. O, əsasən sol cinah müdafiəçisi (sol bek) mövqeyində çıxış edir, lakin müdafiənin sol cinahında bütün zonanı bağlamaq bacarığına malikdir. Kukurelya İspaniya milli komandasının şərəfini qoruyur. Karyerasına “Barselona”nın məşhur La Masiya akademiyasında başlayan futbolçu, daha sonra İspaniyada “Eibar” və “Xetafe” klublarında çıxış edərək adını tanıtmışdır. İngiltərə Premyer Liqasına ilk addımını “Brayton” klubuna transfer olmaqla atmışdır. Yüksək işgüzarlığı, enerjisi və saç düzümü ilə seçilən Kukurelya 2022-ci ilin yayında “Brayton”dan “Çelsi” FK-ya transfer olunmuşdur. O, qısa müddətdə Londonda əsas heyət oyunçusuna çevrilib və komandanın müdafiə xəttində güclü rəqabətə davam gətirərək mühüm rol oynayır. Kukurelya həm də çox yönlü müdafiəçilərdən sayılır.
arrow-up