Kateqoriyalar
Sırala

#medianın inkişafı agentliyi

Medianın İnkişafı Agentliyi

Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Agentlik ölkədə medianın inkişafını dəstəkləmək, bu sahədə institusional quruculuğu davam etdirmək və media infrastrukturunun modernləşdirilməsini stimullaşdırmaq məqsədi daşıyır. MEDİA fəaliyyəti çərçivəsində audiovizual, çap və onlayn media subyektlərinin, informasiya agentliklərinin, eləcə də jurnalistlərin fəaliyyətinin təkmilləşdirilməsinə dəstək verir. Agentlik həmçinin media mütəxəssislərinin hazırlanması, Media Reyestrinin formalaşdırılması, jurnalistlərə vəsiqə verilməsi, habelə media savadlılığının yüksəldilməsi üzrə maarifləndirici layihələr həyata keçirir.
arrow-up