Kateqoriyalar
Sırala

#məmməd musayev

Məmməd Musayev

Məmməd Qurban oğlu Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidentidir. O, 1955-ci ildə Qazax rayonunda anadan olmuş, 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir. İxtisasca iqtisadçı olan Məmməd Musayev, uzun illər ərzində maliyyə-bank sektorunda mühüm vəzifələrdə, o cümlədən 2001-2025-ci illərdə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. M. Musayev ölkədə güclü sahibkarlar sinfinin formalaşmasını və qeyri-neft sektorunun inkişafını hər zaman vurğulayır. Sahibkarlığın inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Məmməd Musayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. O, eyni zamanda iqtisadi elmlər namizədidir.
arrow-up