#minatəmizləmə
minatəmizləmə
Minatəmizləmə prosesi, ərazilərin mina və partlayıcı hərbi sursat (PHS) təhlükəsindən azad edilməsi üçün beynəlxalq standartlara uyğun həyata keçirilən kompleks fəaliyyətdir. Proses əsasən üç mərhələdən ibarətdir: Qeyri-texniki tədqiqat, Texniki tədqiqat və Təmizləmə. Qeyri-texniki tədqiqat zamanı məlumatlar toplanır və təhlükəli ərazilər müəyyən edilir. Texniki tədqiqat isə fiziki müdaxilə ilə çirklənmənin növünü, yerini və sərhədlərini dəqiqləşdirir.
Növbəti mərhələ olan təmizləmə partlayıcı sursatlarla çirklənmə növündən asılı olaraq əl ilə, mexaniki vasitələrlə və ya xüsusi təlim keçmiş heyvanların dəstəyi ilə həyata keçirilir. Əməliyyatlar həm mina sahələrinin, həm də döyüş sahələrinin təmizlənməsini əhatə edir. Prosesin yekununda işin tələblərə uyğun aparıldığından əmin olmaq üçün mütəmadi Keyfiyyətə Nəzarət tədbirləri görülür.