Kateqoriyalar
Sırala

#mozaika ustası

Mozaika ustası

Mozaika ustası şüşə, daş, mərmər və keramika parçalarını hovuzlara, divarlara, döşəmələrə müxtəlif naxışlarla və rəsmlərlə yaradan sənətkardır. Tarixin ən qədim sənətlərindən olan mozaika sənəti həm rəssamlıq vizuallığı tələb edir. Mozaika ustası istifadə etdiyi material ustanın işləyəcəyi lahiyədən asılıdır. Usta təkcə zövgə malik olmamalı, həm də daşın və şüşənin kimyəvi tərkibini bilməlidir. Smalta mozikanı hazırlanması üçün xüsusi maddələr əlavə edilir və yüksək temperaturda bişirilir. Bu növ mozaika ustaların ən çox üstünlük verdiyi materiyaldır. Mozaika sənətində sənətkar iki təməl yığım texnikasından birini seçir. Birbaşa metod bu metod mozaika parçalarını birbaşa divara, kətan və ya səthə tək tək düzülür. Tərs metod bu metod isə mozaika parçaları emalatxanada öncədən hazırlanmış rəsm kağızının üzərinə tərs yapışdırılır. Tamamlandıqdan sonra divara yapışdırılır və kağız isladılaraq sökülür. Mozaika panosunun yaradılması memarlıq obyektində və ya interyerdə aşağıdakı sistem ilə həyata keçirilir: 1) Konsept və rəsmin çəkilməsi: 2D eskiz və material seçimi. Mozika ustası divarın və ya məkanın ölçülərinə uyğun olaraq ölçülü rəsm hazırlayır. Hansı zonalarda hansı materialların və rəng keçidlərinin istifadə olunacağı dəqiqləşdirilir. 2) Materialın parçalanması və strukturun qurulması: Xüsusi mozaika çəkicləri və kəlbətinlər vasitəsilə daş və şüşə bloklar kiçik kublara bölünür. Seçilmiş metoda uyğun olaraq mozaika xətləri üzrə düzülüş başlayır. 3) Bərkidilmə: Yığılmış mozaika bloku divara yapışdırılır. Parçaların arasındakı boşluqları doldurmaq üçün xüsusi rəngli sement və ya epoksid dərzi çəkilir və səth təmizlənərək parıldadılır. Mikromozaika ustanın masa arxasında bir kompoziyasını ərsəyə gəlməsi növbəti mərhələlərlə tənzimlənir: 1) Eskiz. İlk olaraq miniatür süjeti seçilir. Rəqəmsal proqramlarda və ya kağız üzərində əsərin milimetrik ölçülərdə olan eskizi cızılır. 2) Smalta ipliklərinin dartılması. Rəngli smalta blokları alov üzərində əridilir və dartılaraq şüşə saplar əldə edilir. Bu saplar mozaika bıçaqları çox xırda hissələrə bölünür.3) Kompozisiyanın qurulması və cilalanması. Xüsusi metal və ya gümüş çərçivənin içinə yapışdırıcı doldurulur. Mozika ustası lupadan istifadə edərək şüşə zərrələrini eskiz xətləri boyunca düzür. İş bitdikdən sonra səth tam hamar olana qədər mikro-cilalayıcı alətlər ilə emal edilir.mar olana qədər mikro-cilalayıcı alətlər ilə emal edilir.
arrow-up