#nərgiz nağıyeva
Nərgiz Nağıyeva
Nərgiz Nağıyeva, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtımızda ilk dəfə keçirilən "Hindistanda Siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfransın iştirakçısıdır. Tədbir Hindistan hökumətinin etnik azlıqlara qarşı apardığı repressiv siyasətin ifşa edilməsi və qlobal ictimaiyyətin bu problemlərə diqqətinin cəlb olunması məqsədi daşıyıb.
Nərgiz Nağıyeva konfrans çərçivəsində aparılan müzakirələrdə aktiv iştirak edərək, milli azlıqların hüquqlarının qorunması və beynəlxalq səviyyədə humanitar həmrəyliyin vacibliyini vurğulamışdır. O, bu platformada repressiyaya məruz qalan icmaların səsinin eşidilməsi və irqi disskriminasiyaya qarşı birgə mübarizə metodlarının hazırlanmasına dəstək vermişdir. Bu konfrans, Azərbaycanın qlobal insan hüquqları məsələlərində oynadığı fəal rolun və beynəlxalq ədalətə verdiyi töhfənin növbəti nümunəsidir.