#nigar səmədli
Nigar Səmədli
Nigar Səmədli hazırda "Photostock.az" saytının redaktoru olaraq fəaliyyət göstərir. Media sahəsində praktik fəaliyyəti ilə yanaşı, akademik tədqiqatlarla da məşğuldur.
O, Türkiyənin Mərmərə Universitetinin Radio, Televiziya və Kino fakültəsini Türkiyə dövlət təqaüdü proqramı çərçivəsində doktorantura səviyyəsində bitirib və doktorluq dərəcəsinə sahibdir. Təhsil müddətində və sonrakı mərhələdə jurnalistika və media mövzularında elmi araşdırmalar aparıb.
Nigar Səmədli elmi jurnallarda dərc olunmuş 3 elmi yayımın və 2 dissertasiyanın müəllifidir. Onun tədqiqat sahələrinə müharibə jurnalistikası, müharibə mövzulu sənədli filmlərdə təbliğat, eləcə də müharibə dövründə onlayn mediada saxta xəbərlərin yayılması daxildir.