#peace hillary tumwesigire
Peace Hillary Tumwesigire
Peace Hillary Tumvesigire, Rwanda Gender Media Connect (RGMC) təşkilatının baş katibi, jurnalist Bakıda keçirilən "Belçika müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfransda iştirak edib. O, çıxışında Belçika müstəmləkəçiliyinin Ruandada yaratdığı gender bərabərsizliyi və bu tarixi siyasətin qadınların vəziyyətinə mənfi təsirini təhlil edib.
Tumvesigire qeyd edib ki, müstəmləkə idarəçiliyi dövründə tətbiq edilən etnik və sosial bölücülük siyasətləri Ruanda cəmiyyətində dərin izlər buraxıb. O, kolonializmin yaratdığı zəmində daha da güclənən qadınlara qarşı zorakılıq və onların cəmiyyətdəki məhdud rolları kimi problemləri diqqətə çatdırıb. Jurnalist olaraq o, medianın müstəmləkə irsinin gender fəsadlarını aradan qaldırmaqda oynadığı həlledici rolu vurğulayıb və ədalətin bərpası üçün beynəlxalq həmrəyliyə çağırıb.