Kateqoriyalar
Sırala

#prime cotton mmc

Prime Cotton MMC

Prime Cotton MMC (əvvəllər MKT İstehsalat Kommersiya MMC) Azərbaycanın qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik olan və pambıqçılıq-tekstil sənayesində lider mövqeyə sahib olan aparıcı şirkətlərdən biridir. Şirkət ölkənin pambıqçılıq rayonlarının əksəriyyətində pambığın yetişdirilməsi, tədarükü və emalını həyata keçirir. Prime Cotton-un fəaliyyəti xam pambıqdan yüksək keyfiyyətli pambıq mahlıcı, çiyid, lint və digər məhsulların istehsalını əhatə edir. Şirkət həmçinin Bakı və Mingəçevir şəhərlərində yerləşən müasir tekstil filialları vasitəsilə iplik istehsalını reallaşdırır. İstehsal olunan məhsullar əsasən Türkiyə, Rusiya, MDB, Avropa və Asiya bazarlarına ixrac olunur. Müasir texnologiyaların tətbiqi və dayanıqlılığa sadiqlik Prime Cotton-u Azərbaycanın ən çox ixrac gəliri əldə edən özəl şirkətləri sırasına daxil edir.
arrow-up