#qaya məmmədov
Qaya Məmmədov
Qaya Məmmədov Azərbaycanın siyasi və beynəlxalq əlaqələrində özünü təsdiqləmiş təcrübəli kadrıdır. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilmişdir. Siyasətə gəlməzdən əvvəl uzun illər diplomatik xidmətdə işləmişdir.
Bakı Dövlət Universitetini və ABŞ-nin Fletçer adına Hüquq və Diplomatiya Məktəbini bitirmiş Q. Məmmədov, 1999-cu ildən başlayaraq Xarici İşlər Nazirliyinin (XİN) müxtəlif idarələrində, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyində çalışmışdır. O, həmçinin Azərbaycanın NATO yanında Nümayəndəliyinin Başçısı və XİN-in Baş İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir. Milli Məclisdə ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi ölkəmizi beynəlxalq səviyyədə təmsil edir. Diplomatik xidmətdə fərqlənməyə görə medalı ilə təltif olunmuşdur.