#qüdrət hacıyev
Qüdrət Hacıyev
Qüdrət Hacıyev Azərbaycanın turizm sənayesində aparıcı fiqurlardan biridir və “Summer Tour Azərbaycan” tur operatoru şirkətinin İcraçı direktoru vəzifəsini icra edir. Şirkət bazarda uzunmüddətli fəaliyyəti ilə tanınır.
O, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin üzvü kimi ölkədə turizm siyasətinin formalaşmasında və inkişafında aktiv iştirak edir. Qüdrət Hacıyevin rəhbərliyi ilə “Summer Tour Azərbaycan” B2B onlayn otel bronlaşdırma platformasını təqdim etmişdir. Bu platforma yerli turizm agentliklərinə beynəlxalq bazarda çevik və rəqabətli xidmət təklif etmək imkanı verir.
Q. Hacıyev, turizmin təkcə xarici deyil, həm də daxili inkişafı məsələlərinə xüsusi diqqət yetirir. O, Qarabağ bölgəsinə təşkil edilən turist səfərlərinin təşəbbüskarlarından biri olmaqla, bu istiqamətdə turların təşkilini həyata keçirir və azad edilmiş ərazilərin turizm potensialının artırılmasında fəaldır. O, bu cür fəaliyyəti ilə Azərbaycan turizminin modernləşməsinə və regionda beynəlxalq əlaqələrin güclənməsinə töhfə verir.