#real tv
Real TV
"Real Təhlil və İnformasiya Mərkəzi" MMC-nin nəzdində fəaliyyət göstərən "Real TV" Azərbaycanın müasir media məkanında fəaliyyətə başlayan ilk xəbər kanallarından biridir. Telekanal 2018-ci ilin mart ayında əsas yayımına başlamış və qısa müddətdə operativ, eyni zamanda hadisələrə analitik yanaşması ilə geniş auditoriyanın rəğbətini qazanmışdır.
Real TV-nin əsas məqsədi yerli və xarici xəbərləri maksimum operativliklə çatdırmaq və aktual mövzuları təhlil edərək izləyicilərə təqdim etməkdir. Kanal öz fəaliyyətini yalnız televiziya yayımları ilə məhdudlaşdırmır, həm də internetdə (YouTube və sosial şəbəkələr) aktiv yayım aparır.
2019-cu ilin may ayından etibarən Azerspace-1 peyki vasitəsilə bütün Azərbaycan ərazisində və dünya miqyasında yayımlanan Real TV, 2022-ci ilin yanvar ayından etibarən HD formatına keçmişdir. Kanalın baş direktoru tanınmış jurnalist Mirşahin Ağayevdir.