#rüstəm məhərrəmov
Rüstəm Məhərrəmov
Şabranda fəaliyyət göstərən 42 yaşlı usta Rüstəm Məhərrəmov, 30 ilə yaxındır ki, qayıq düzəltmək sənətini davam etdirir. Bu peşənin sirlərini atasından öyrənən usta, ata mirasını yaşadır. Onun emalatxanası dənizdən 10-15 km aralıda yerləşir. Rüstəm Məhərrəmov illər ərzində ənənəvi üsulları müasir texnikalarla birləşdirərək ölkənin müxtəlif bölgələri üçün davamlı və keyfiyyətli qayıqlar hazırlayır.