#şahin bayramov
Şahin Bayramov
Şahin Vaqif oğlu Bayramov 20 may 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qarabağ Universitetinin rektoru təyin edilmişdir. O, iqtisad üzrə fəlsəfə doktoru (Ph.D.) elmi dərəcəsinə malikdir. S. Bayramov yeni vəzifəyə təyin edilməzdən əvvəl, 2019-cu ilin iyul ayından 2024-cü ilin may ayınadək Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə Qarabağ Universiteti regionun və ölkənin yeni təhsil və elm mərkəzinə çevrilməyi hədəfləyir.