#səbinə salmanova
Səbinə Salmanova
Səbinə Qədir qızı Salmanova 1976-cı il fevralın 15-də Sumqayıt şəhərində anadan olub. O, Azərbaycanın ictimai-siyasi xadimidir. Təhsilini Bakı Dövlət Universitetində almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Səbinə Salmanova peşəkar fəaliyyətinə 2000-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində başlamış, burada idarə rəisi və baş ədliyyə müşaviri kimi vəzifələrdə çalışmışdır. Daha sonra 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.
O, 2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı seçilmişdir. Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Həmçinin, Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilmişdir.