#şəhid əliyar əliyev
şəhid Əliyar Əliyev
Şəhid Əliyar Fərrux oğlu Əliyev Birinci Qarabağ müharibəsinin itkin qəhrəmanıdır. 1961-ci ildə Ağdam rayonunun Kolqışlaq kəndində anadan olmuşdur. O, 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. Uzun illər sonra şəxsiyyəti müəyyənləşən nəşinin qalıqları tapılaraq, ailəsinə təhvil verilmişdir. Şəhidin dəfn mərasimi dünən (29.10.2025) Dədə Qorqud Şəhidlər Xiyabanında ehtiramla keçirilmişdir. Vətən oğlunun xatirəsi hər zaman yaşayacaq.