Kateqoriyalar
Sırala

#tabaterra mmc

Tabaterra MMC

“Tabaterra” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən, dinamik inkişaf edən beynəlxalq tütün şirkətidir. Şirkət 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınaraq fəaliyyətə başlayıb və qısa müddətdə ölkənin siqaret məmulatlarına olan tələbatının əsas hissəsini qarşılamaq gücünə çatıb. “Tabaterra”nın əsas fəaliyyəti müasir lisenziyalı istehsal, özəl rəqabətqabiliyyətli siqaret markalarının ixracı və yüksək keyfiyyətli tütün yarpağının təchizatını əhatə edir. Şirkət Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulmuş zavodlarında beynəlxalq keyfiyyət standartlarına tam uyğun məhsullar istehsal edir. Məhsul portfelinə həm öz brendləri, həm də Japan Tobacco International, British American Tobacco kimi beynəlxalq nəhənglərin lisenziyalı məmulatları daxildir. Şirkət həmçinin, ölkə iqtisadiyyatının şaxələndirilməsinə və Qarabağın dirçəlişinə böyük töhfə verir. Bu çərçivədə, “Tabaterra” Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışını həyata keçirib. "Tabaterra" MMC ardıcıl olaraq qeyri-neft ixracatçıları siyahısında lider mövqelərdən birini tutur, Azərbaycan brendinin beynəlxalq səviyyədə tanınmasına nail olur.
arrow-up