#ülviyyə tağızadə
Ülviyyə Tağızadə
Ülviyyə Tağızadə beynəlxalq səviyyədə fəaliyyət göstərən, Azərbaycanı təmsil edən görkəmli ictimai xadimdir. Onun əsas fəaliyyəti diaspor və xeyriyyəçilik sahələrini əhatə edir. O, Böyük Britaniya Azərbaycanlı Qadınlar Assosiasiyasının (AWA UK) təsisçisi və fəxri prezidenti olaraq, Böyük Britaniyada yaşayan azərbaycanlı qadınları bir araya gətirmək, onların şəbəkələşməsini gücləndirmək, mədəni irsi təşviq etmək və təhsilə dəstək vermək məqsədi ilə quruma rəhbərlik edir.
Peşəkar karyerası ərzində Ülviyyə Tağızadə həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, həm də Azərbaycanın Çexiyadakı səfirliyində mühüm vəzifələrdə çalışmışdır. O, Çexiya və Böyük Britaniya diplomatik korpusunun himayəsi altında çoxsaylı xeyriyyə aksiyalarının iştirakçısı və təşkilatçısı kimi beynəlxalq humanitar layihələrə dəstək göstərir. Eyni zamanda, o, Somali və Böyük Britaniya layihələri üzrə fəaliyyət göstərən "Hear Woman" təşkilatında könüllü olaraq iştirak edir və "London Diplomatic Spouses club"un Vitse-Prezidentidir. Onun çoxşaxəli fəaliyyəti Azərbaycanın beynəlxalq arenada ictimai diplomatiyasına mühüm dəstəkdir.