#xalidə səmədova
Xalidə Səmədova
Xalidə Səmədova kimi xanım sürücülər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilən təlim proqramını uğurla başa vuraraq "BakuBus"ın sərnişin avtobuslarında rəsmi fəaliyyətə başlayır. Bu addım ictimai nəqliyyatda qadınların iştirakını artırmaq hədəfinə xidmət edir.
Proqram çərçivəsində xanım namizədlər peşəkar avtobus sürücüsü olmaq üçün geniş nəzəri və praktiki hazırlıq keçiblər. Təlimlər yalnız idarəetmə bacarıqlarını deyil, həm də etik davranış, ünsiyyət mədəniyyəti və sərnişin təhlükəsizliyi mövzularını əhatə edib.
Praktiki dərslərdə iştirakçılar mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom və dönmə trayektoriyalarının düzgün seçilməsi üzrə məşğələlərə cəlb olunublar. Bu hərtərəfli hazırlıq, Xalidə Səmədova kimi sürücülərə qəza risklərini minimuma endirməklə, yüksək səviyyəli sərnişindaşıma xidməti göstərməyə imkan verir.