Kateqoriyalar
Sırala

#yaşat fondu

Yaşat Fondu

“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların (qazilərin) və şəhid ailələrinin təminatına əlavə dəstək göstərmək məqsədilə yaradılmışdır. Fond, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında təsis edilmişdir. Fondun əsas məqsədi dövlət tərəfindən həyata keçirilən sosial müdafiə tədbirlərinə əlavə olaraq şəffaf, effektiv və əlçatan bir platforma vasitəsilə maliyyə yardımları və digər dəstək tədbirlərini həyata keçirməkdir. “YAŞAT” Fondu könüllü ianələr, eləcə də fiziki və hüquqi şəxslərin maliyyə yardımları hesabına formalaşır. Fondun sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fəaliyyətinə ümumi nəzarəti isə Prezident tərəfindən yaradılmış Himayəçilik Şurası həyata keçirir.
arrow-up