Kateqoriyalar
Sırala

#yorrel hato

Yorrel Hato

Yorrel Hato 7 mart 2006-cı ildə Niderlandın Rotterdan şəhərində anadan olub. O, əsasən mərkəz müdafiəçisi mövqeyində çıxış edən, lakin sol cinah müdafiəçisi kimi də effektiv oynaya bilən istedadlı gənc futbolçudur. Hato, yüksək topa nəzarəti, sürəti və müdafiə xəttində liderlik keyfiyyətləri ilə tanınır. Karyerasına “Sparta Rotterdan” klubunun akademiyasında başlayan Hato, 2020-ci ildə “Ayaks” FK-nın gənclər sisteminə keçib. O, Niderland nəhənginin akademiyasından yetişən növbəti böyük müdafiəçi kimi tezliklə əsas komandaya daxil edilmişdir. O, 17 yaşında "Ayaks"ın heyətində debüt edərək klubun ən gənc kapitanlarından biri olmuşdur. Hato həmçinin Niderland milli komandasının müxtəlif gənclər yığmalarında çıxış edib. Onun “Ayaks”dakı qısa müddətli, lakin təsirli çıxışı onu Avropanın ən cəlbedici gənc müdafiəçilərindən birinə çevirib.
arrow-up