Kateqoriyalar
Sırala
ID 0044844

Naxçıvanın Culfa rayonunda yerləşən Əshabi-Kəhf mağarası

Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi “mağara insanları” mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin “Əl-Kəhf” surəsində xatırlanılır. Lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.

Digər fotolar
arrow-up