Kateqoriyalar
Sırala

#əshabi kəhf mağarası

Əshabi Kəhf mağarası

Əshabi-Kəhf Ziyarətgahı Naxçıvan şəhərindən təqribən 12 km şərqdə, Haçadağ və Nəhəcir dağları arasında yerləşən, böyük dini-mədəni əhəmiyyətə malik bir abidə kompleksidir. Ərəb dilində "Əshab" gənclər, "Kəhf" isə mağara mənasına gəlir. Bura, zalım hökmdarın zülmündən qaçan bir qrup möminin (Mağara Dostları) sığındığı və uzun illər yuxuya getdiyi rəvayət edilən məkandır. Bu mağaranın adı İslamın müqəddəs kitabı Qurani-Kərimin "Əl-Kəhf" surəsində zikr olunur. Yerli əhali və bir çox İslam alimi bu mağaranın məhz Naxçıvan ərazisindəki Əshabi-Kəhf olduğuna inanır. Ən qədim zamanlardan təkallahlıq inamının yayıldığı diyar kimi tanınan Naxçıvanın bu müqəddəs yeri, Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn zəvvarların pənahgahıdır. Ziyarətgah ərazisində abadlıq və bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmışdır.
arrow-up