Kateqoriyalar
Sırala
ID 0055348

"Əbədi sükut dünyası" - Labirint

Şəkidəki "Labirint" adlanan arxeologiya muzeyinin özəlliyi ondan ibarətdir ki, arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələri aşkar edildikləri yerdə saxlanılır. Aşkar edilən əşyalar miladi eradan əvvəl 3-cü və 4-cü minilliyə aiddir. Yerli arxeoloji dəstənin rəhbəri Nəsib Muxtarovun sözlərincə, muzeyin nadir eksponatları arasında şahin başlı Misir ilahisini xatırladan əşyalar var. Qəbirlərdən tapılan qablar heç yerdə təkrarlanmır. Ritual qəbirlərdə kökü kəsilən heyvanların sümüklərinə də rast gəlmək mümkündür.

Digər fotolar
arrow-up