Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi xatirəsini əbədiləşdirmək məqsədi daşıyan bu muzey onun yaşayış mülkündə yerləşir. Muzey 9 otaqdan ibarətdir. Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. İş kabinetindən Şərq zalına keçmək mümkündür. Zalın tavanında yazılan Quran ayələri və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Pəncərələrin bədənnüma şüşələrində Hacı Zeynalabdin Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılıb. Muzeydə həmçinin məşhur xeyriyyəçinin müxtəlif vaxtlarda qazandığı orden və medallar nümayiş etdirilir.
Digər fotolar