İçərişəhərdə yerləşən XV əsrə aid Şirvanşahlar sarayı
Aşağı həyətin ön hissəsində məscid binası yerləşir. Məscidin planına xaçşəkilli, böyük zal, qadınlar üçün kiçik ibadət otağı və xidmət otaqları daxildir. İki cərgəli pəncərəsi olan ibadət zalını sferik paruslar üzərindəki günbəz örtür. Qadınlar üçün ayrılmış ibadətxana üzərində də günbəz yerləşir. Bu günbəz zalın günbəzindən kiçikdir, onun formasını təkrar edir. Məscidin mehrabı zalın cənub hissəsində yerləşir. Zalın yuxarı künclərinə hörülmüş böyük gil küplər səsgücləndirici rolunu oynayır.
Digər fotolar
