II Dünya müharibəsində Bakıdakı hərbi hospitallarda vəfat edən sovet hərbçilərinin dəfn olunduğu məzarlıq
"Qurd qapısı" qəbiristanlığı kimi də adlanan Yasamal qəbiristanlığı 1940-cı illərdə salınıb. Qəbiristanlıq üç əsas hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var. Qəbiristanlığa daxil olub bir qədər irəlilədikdən sonra II Dünya müharibəsində həyatını itirmiş sovet hərbçilərinin dəfn olunduğu məzarlığı görmək olar. Məzarlığın giriş hissəsindəki qara lövhə üzərində bu sözlər həkk olunub: “Yasamal Hərbi memorial kompleks. Burada SSSRİ-nin bütün Respublikalarından 1941-1945-ci illərdə Vətən uğrunda döyüşlərdə yaralanmış, Bakı şəhərindəki Hərbi Hospitallarda vəfat etmiş Sovet hərbçiləri dəfn olunmuşdur. Qəhrəmanların əbədi xatirəsinə!” Məzarlıqda həmçinin həyatını itirmiş sovet hərbçilərinin şərəfinə abidə ucaldılıb.
Digər fotolar
