1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmış Bibiheybət məscidi
Bakı buxtası sahilində yerləşən dini etiqad yeri. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin ikincisi yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı, 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda Azərbaycana gələn xarici ölkələrin nümayədənləri məscidi böyük maraqla ziyarət edir.
Digər fotolar