Bakı ilin hər fəslində diqqət çəkir. Qızmar yay günlərində şəhərin sakinləri bölgələrə, əcnəbi turistlər isə küləklər şəhərinə axışırlar. Şərqin qapısı sayılan Bakıda xarici qonaqlar müasirliklə qədimliyin sintezinə valeh olurlar.