Kateqoriyalar
Sırala
ID 0087201

Laçında yerləşən Heyvandarlıq Seleksiya Mərkəzi

Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzində saxlanılan heyvanların sayı 150-ə çatdırılıb. Mərkəzdə hazırda 48 keçi, 102 qoyun var. Burada saxlanılan keçilərdə Fransa, Rusiya, Suriya cinsləri üstünlük təşkil edir. Qoyunlarda isə Fransa, Rusiya, Cənubi Afrika cinsləri üstünlük təşkil edir. Seleksiya mərkəzi xarici növ heyvan cinslərinin bu mühitə uyğunlaşdırılması və artırılması məqsədi daşıyır. Mərkəzin ötən ilin avqustunda açılışı edilib və bu zaman 31 keçi, 72 qoyun gətirilib. Heyvanlara gündəlik arpa, yonca və su ehtiyatı verilir, yeri təmizlənir və peyvəndlər olunur.

Digər fotolar
arrow-up