Kateqoriyalar
Sırala
ID 0105340

İçərişəhərdə qeyd olunan Od çərşənbəsi

Bu gün Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsidir. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla insanlar bütün çirkabı və azar-bezarları yandırırlar. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Digər fotolar
arrow-up